Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2020-12-04 10:04
Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib. “Azərbaycan ərazilərinin bütövlüyü uğrunda həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - diplomatik nümayəndəliyin tvitter səhifəsindəki paylaşımda belə deyilir.
Nərgiz Camal