Türkiyə region ölkələrinin rifahına töhfə verəcək bütün səyləri dəstəkləyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. Azərbaycan ilə Ermənistan arasında danışıqların davamlı sülh sazişi ilə başa çatması, eləcə də qeyri-regional amillərin bu məsələyə müdaxilə etmək cəhdləri dəyərləndirilib. Şuranın bəyanatında bildirilib ki, Türkiyə bütün region ölkələrinin rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək.
Nərgiz Camalzadə