Türkiyə Qara dənizdə yük gəmisinə hücumdan narahatlığını bildirdi
Türkiyə Xarici İşlər Nazirliyi iyunun 22-də Qara dənizdə yük gəmisinə edilən hücum nəticəsində iki Türkiyə vətəndaşının yaralandığını açıqlayıb. Hadisə Ukraynanın Çernomorsk limanı yaxınlığında qeydə alınıb. Nazirlik mülki gəmilərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayaraq, tərəfləri regionda gərginliyi azaltmağa çağırıb.
23 iyun 2026

