Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
2021-11-09 10:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib. Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. İlham Əliyev Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilana səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğulayıb. Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edilib.
Nərgiz camal