Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
2020-02-25 14:00
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib. İclasda ikitərəfli əlaqələrin bütün aspektləri, əməkdaşlığın daha da inkişafı məsələləri müzakirə olunacaq. Bununla yanaşı, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.Toplantıda bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı gözlənilir.
Nərgiz Camal