Türkiyə Prezidenti koronavirusdan sağalıb
2021-02-11 10:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus infeksiyasından sağalıb. Ərdoğanın koronavirus testləri neqativ çıxıb. Bu barədə prezident özünün "Twitter" səhifəsində yazıb. "Allaha şükürlər olsun ki, son iki gündə apardığımız analizlərin nəticəsi mənfi çıxıb" - deyə Ərdoğan bildirib. Türkiyə Prezidenti həmçinin həkimlərə təşəkkür edib.
Nərgiz camal