Türkiyə prezidenti Azərbaycanın yanında olduğunu bəyan edib
2020-07-15 10:03
“Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəddə ağır silahların tətbiq edilməsini birbaşa Azərbaycana qarşı edilən şüurlu hücum kimi dəyərləndirib. “Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır” – deyə Ərdoğan bildirib.
Nərgiz Camal