Türkiyə Prezidenti Anım Günü ilə əlaqədar Prezidenti İlham Əliyevə telefonla zəng edib
2021-09-27 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini çatdırıb. Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Nərgiz camal