Türkiyə parlamentinin sədri Gəncəyə gəlir
2020-10-20 12:06
İllərdən bəri işğal edilmiş torpaqlardan geri çəkilməyən, terroru dövlət siyasəti səviyəsinə qaldıran Ermənistan böyük təhlükədir. Moskvada humanitar atəşkəs razılaşmasından sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Milli Məclisin plenar iclasında çıxışı zamanı "Beynəlxalq ictimaiyyət quldur Ermənistanı dayandırmalıdır" deyə bildirib. SİN Parlamentdə çıxışını yekunlaşdıran Türkiyə Böyük Millət Məclisinin sədri birbaşa Gəncəyə yollanıb.
Nərgiz Camal