Türkiyə parlamentinin komitə sədri Bakıda Türk şəhidliyini ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bir qrup nümayəndə ilə birlikdə Bakıda Türk şəhidliyini ziyarət edərək məzarları üzərinə tər güllər düzüb. Komitə sədri həmkarı Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdiklərini də deyib.
24 fevral 2026

