Türkiyə Ombudsman institutu Ermənistanın törətdiyi hüquq pozuntularına dair hesabat yayıb
2020-01-06 10:00
Türkiyə Ombudsman institutu Ermənistan-Azərbaycan müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquq pozuntularına dair hesabat yayıb. Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti 21-23 oktyabr tarixlərində ölkəmizdə səfərdə olub, Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirilib. Toplanmış faktlar əsasında dərc edilən hesabat müvafiq beynəlxalq təşkilatlara göndərilib.
Vəfa Şairova