Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb
2021-01-11 18:12
Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb. Hadisə səhər saatlarında baş verib. “Konyaspor”da çıxış edən 28 yaşlı müdafiəçi Ankara-Niğde yolunda idarə etdiyi avtomobilin idarəetməsini itirib və maşın yolun kənarına aşıb. Çalık hadisə yerində dünyasını dəyişib. Qəza zamanı müdafiəçi avtomobildə tək olub. “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, millinin heyətində də 8 oyun keçirib.
Vüsalə camal