Türkiyə millisinin iki aparıcı futbolçusu Almaniyaya qarşı yoldaşlıq oyununu buraxacaq
Türkiyə millisinin iki aparıcı futbolçusu Almaniyaya qarşı yoldaşlıq, Uelslə AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq. "Fənərbağça"dan yığmaya cəlb edilən Cengiz Ünder məşqçilərin qərarı ilə yekun heyətdə yer almayıb. 26 yaşlı hücumçu İstanbuldakı 4 günlük təlim-məşq toplanışında iştirak etmişdi. İtaliya "İnter"ində çıxış edən Hakan Çalhanoğlu isə səhhəti ilə əlaqədar, həmçinin övladı dünyaya gələcəyi üçün düşərgədən ayrılıb. Türkiyə millisi noyabrın 18-də yoldaşlıq görüşündə səfərdə Almaniya ilə üz-üzə gələcək. Komanda üç gün sonra Avro 2024-ün seçmə mərhələsi çərçivəsində Uels qarşılaşacaq.
Emin İsazadə