Türkiyə millisinin ev oyunu arenadan da izlənəcək
2021-03-29 14:11
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Latviya oyunu azarkeşlərin iştirakı ilə baş tutacaq. Martın 30-da İstanbulda Atatürk Olimpiya stadionundakı qarşılaşmada arenanın tribunalarının 15 faizlik hissəsi tamaşaçıların ixtiyarına veriləcək. G qrupunda 3-cü turunun Türkiyə – Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. "Ay ulduzlular" əvvəlki turlarda Niderlanda 4:2, Norveçə isə 3:0 hesabıyla qalib gəliblər.
Nərgiz Camal