Türkiyə millisi Rusiya seçməsini məğlub edib
2020-11-16 10:04
UEFA Millətlər Liqasında V turun növbəti görüşləri keçirilib. Türkiyə millisi İstanbuldakı Şükrü Saracoğlu stadionunda baş tutan qarşılaşmada Rusiya yığması üzərində əzmkar qələbə qazanıb 3:2. Niderland doğma meydanda Bosniya və Hersoqovina millisindən üstün olub. Portağallar rəqibini 3:1 hesabı ilə məğlub edib. Belçikanın qonağı olan İngiltərə də məğlubiyyətlə üzləşib. FİFA reytinqinin birinciləri ilk hissədə vurduğu qollarla qələbə qazanıb 2:0. Turun digər qarşılaşmasında İtaliya yığması Polşadan üstün olub. Azzuri də rəqibini iki cavabsız qolla məğlub edib.
Fərid Mehdiyev