Türkiyə millisi Avro 2020-yə uğursuz başladı

2021-06-12 10:08

Futbol üzrə Avropa çempionatına start verilib. Açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənə bilib. Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib. 66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib 3:0. Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək. Bakı olimpiya stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. Oyun yerli vaxtla saat 17-də başlayacaq. Günün digər qarşılaşmalarında isə Danimarka - Finlandiya ilə, Belçika isə Rusiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 28 yaşlı idmançı Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirinin bürünc medal görüşündə serbiyalı Stefan Cokiçi 3:2 məğlub edərək bu uğura imza atıb. Daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev və İrina Zaretska Tokio-2020-də iştirak hüququ qazanıb.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik