Türkiyə klubu dünya ulduzu ilə yollarını ayırıb
2021-09-01 14:00
Türkiyənin “Qalatasaray” klubu hücumçusu Radamel Falkao ilə yollarını ayırıb. Kolumbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 35 yaşlı hücumçu karyerasını İspaniyanın “Rayo Valyekano” klubunda davam etdirəcək. Cim-bom heyətini yeni futbolçu ilə də gücləndirib. Aslanlar İngiltərənin “Brentford” klubundan hücumçu Halil Dərvişoğlunu satınalma şərti ilə 1 illik icarəyə götürüb.
Vüsalə camal