Türkiyə klublarında koronavirusa yoluxma halları aşkarlanıb
2020-11-13 14:08
Türkiyənin Beşiktaş klubunda koronavirus infeksiyasına kütləvi yoluxma aşkarlanıb. İstanbul təmsilçisi 5 oyunçusunun testinin pozitiv çıxdığını açıqlayıb. Klubdan həmin futbolçulardan 2-nin hazırda yığma komandalarının düşərgəsində olduğu bildirilib. Digər 3 nəfərdən biri isə heyətdən kənarda qalan futbolçudur.Türkiyə Super Liqasında çıxış edən Antalyaspor komandasının da 4 üzvü koronavirusa yoluxub. Onlardan 3-ü futbolçu biri isə klub işçisidi. Daha əvvəl də Göztepe klubunda koronavirus aşkarlanmışdı.
Vüsalə Camal