Türkiyə KİV nümayəndələri Qarabağa səfər ediblər
Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər. Səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar. Daha sonra Xocalıda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə tanış olublar. "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Xocalı şəhəri və 7 kəndə qayıdan sakinlərlə görüşüblər. Xankəndində Qarabağ Universitetində olublar. Qonaqlar Ağdamda Cümə məscidinə və İmarət Kompleksinə baş çəkiblər.

