Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə hərtərəfli müzakirə aparılıb
2021-03-05 18:07
Xarici işlər naziri Ceyhun Bayramov və Türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşündə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələləri, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə hərtərəfli müzakirə aparılıb. Üçtərəfli və dördtərəfli formatlarda görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında yol xəritəsi də cızılıb. Nazirlər Ukraynada vəziyyətin narahatlıq yaratdığı bildirilib.
Vüsalə camal