Türkiyə diasporunun nümayəndələri Gəncədədir
2020-11-04 13:05
Ölkəmizdə səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Onlar cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar. Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.
Vüsalə Camal