Türkiyə Azərbaycana minaaxtaran itlər göndərib
2020-02-03 16:09
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edilib. FHN-in kinoloqlarının müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezamı üçün hazırlıq işləri görülür.
Nərgiz camal