Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir - Prezident İlham Əliyev
Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Bunu Prezident İlham Əliyev ötən gün Cəbrayılda Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib. Keçən il Şuşa Bəyannaməsinin imzalandığını və Türkiyə ilə Azərbaycanın rəsmən müttəfiq olduğunu xatırladan dövlət başçısı Türkiyə-Azərbaycan birliyindən danışıb. Türkiyə Prezidenti isə öz növbəsində Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlara münasibət bildirib və Azərbaycan əmin addımlarla irəlilədiyini qeyd edib.