Türkiyə Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq
2020-07-23 10:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Cumhurbaşqanlığı Külliyəsində Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasdan sonra yayılan bəyanatda, “Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılmışdır”, - deyə bildirilib. Bəyanatda illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan və beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pislənir.
Vəfa Şairova