Canlı
Türk lirəsinin devalvasiyadan qorunması üçün daha bir addım atılıb

2018-09-13 / 12:05

Türkiyədə əmlakın satışı və kirayəsi üzrə bütün hesabları milli valyuta - lirə ilə aparılacaq. Müvafiq qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən türk lirəsinin devalvasiyadan qorunması siyasəti çərçivəsində qəbul edilib. 30 gün ərzində tam olaraq bu sistemə keçiləcək. Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, cari ilin iyulunda ölkədə 123 878 daşınmaz əmlak satılıb.

Vəfa Şairova