Türk dövlətləri Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləyib
"Azərbaycanla Ermənistan arasında suverenlik, ərazi bütövlüyü qarşılıqlı və beynəlxalq səviyyədə tanınıb". Bu barədə Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün yekun bəyannaməsində deyilir. Həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib. Bu işdə onlar Azərbaycana öz töhfələrini davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Lalə Nəsib