Türk Şurasının sədri Azərbaycanı təbrik edib
2020-10-18 12:06
“Türk Şurasına sədrlik edən və qurucu üzv dövlətimiz olan Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edirik”. Türk Şurasının sədri Bağdad Amreyevin təbrik mətnində Azərbaycan tarixinin bu önəmli dövründə qardaş Azərbaycan xalqı ilə həmrəylik yer alıb. Azərbaycanın beynəlxalq olaraq tanınan ərazi bütövlüyünü yenidən bərpa etmək və bu ərazilər üzərindəki suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa müvafiq olaraq yürütdüyü legitim mübarizəyə dəstək verilib.
Vüsalə Camal