Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Sərgən Yalçını istefaya göndərib
2020-01-16 10:07
Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Sərgən Yalçını istefaya göndərib. Bu barədə klubun rəsmi sosial şəbəkə səhifəsi məlumat yayıb. Dünə Sərgən Yalçınla görüşən rəhbərlik onu istefaya göndərib. “Yeni Malatyaspor” Sərgən Yalçının rəhbərliyi altındakı son 8 qarşılaşmadan yalnız birində qələbə qazanıb. Komanda Türkiyə Superliqasında ilk dövrəni 24 xalla 8-ci pillədə başa vurub.
Fərid Mehdiyev