Türkiyə Futbol Federasiyası Çempionlar Liqasının finalı üçün UEFA-ya təminat verib
2020-05-07 14:08
Türkiyə Futbol Federasiyası Çempionlar Liqasının finalı üçün UEFA-ya təminat verib. Qurum Türkiyə tərəfinə "turnirin yarımfinallarını da keçirmək üçün hazırsınızmı" deyə müraciət edib. Federasiya isə öz növbəsində müsbət cavab verib və heç bir problemin olmayacağını vurğulayıb. UEFA təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının yarımfinal görüşlərini də İstanbulda keçirməyi düşünür.
Nərgiz Camal