Sərxoş şəxslərin davası ölümlə bitdi
Samuxun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin, həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə zamanı ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R.Bəşirovun yumruqla O.Əliyevi vuran zamanı ölməsi məlum olub. Ramil Bəşirov şübhəli şəxs qismində saxlanılıb.
Fərid Mehdiyev