Sərhədidi pozan şəxsdən narkotik maddələr götürülüb
Füzulinin Böyük Bəhmənli kəndi yaxınlığında naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub. Həmin şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş, 1980-ci il təvəllüdlü Babək Mansurov saxlanılıb. Üzərindən 7 kiloqram 165 qram marixuana, 0.005 qram “heroin”, eyni çəkidə “metamfetamin”, 10 ədəd “metadon M-40” həbi, şəxsi istifadəsi üçün 1 büküm “tiryək” və 2 büküm “marixuana” götürülüb.
Nərgiz Camalzadə