Sərhədi pozan İran vətəndaşı narkotiklə saxlanıldı
“Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin üzərindəki bağlamadan 15 kiloqram 600 qram marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Fərid Mehdiyev