Sərbəst güləşçilərimiz qitə yarışında Avropa üçüncüsü olublar
Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Yarışın sonuncu günündə Nurəddin Novruzov, Turan Bayramov, Arseni Cioyev və Georgi Meşvildişvili fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Ümumilikdə yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb. 1 gümüş və 6 bürünc medalla millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub.
Fərid Mehdiyev