Səhiyyə nazirliyi əhalini qızılcaya qarşı peyvənd olmağa çağırır
Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhalini peyvənd olunmağa çağırıb. Nazirlik infeksiyadan qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu diqqətə çatdırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə tibb müəssisələrinə müraciət oluna bilər.
Fərid Mehdiyev