Səfirliyə məxsus avtomobil dərəyə aşıb, yaralılar var
Qazaxda yol qəzası olub. Hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb. Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-ci il təvvəlüdlü Todua Yali xəsarət alıb. Yaralılar Qazax Mərkəzi rayon Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüblər.
Azad Mustafayev