Səbinə Əliyeva Ermənistan Ombudsmanının əsassız iddialarına cavab verib
Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır. Bu barədə Ombudsman Səbinə Əliyeva bildirib. "Yaxşı olardı ki, Ermənistan Ombudsmanı bunun əvəzinə dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə çalışsın, bununla da, sülhə və insan hüquqlarının təmininə dəstək versin", - deyə Ombudsman qeyd edib.