Sürətli sərnişin qatarları ilk dəfə Ucar və Ləki stansiyalarında dayanacaqlar
İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir. Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan məlumat verilib. Bununla da Ucar və Ağdaş rayonları ətrafında 200 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq.
Azad Mustafayev