Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Ermənistanla normallaşma prosesi və sülh sazişi layihəsi barədə məlumatlandırıb. Nazir Ermənistanın təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim etdiyini və bu istiqamətdə danışıqların başlamasında maraqlı olduğunu vurğulayıb.