Suvenir pullarla vətəndaşları aldadan şəxslər saxlanıldılar
Ağsuda suvenir pullarla vətəndaşları aldadan şəxslər saxlanılıblar. Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Famil İbadov və Abşeron rayon sakini Əkbər Kərimov iz itirmək məqsədilə yanacaqdoldurma məntəqəsinə daxil olmazdan əvvəl avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediblər. Saxlanılan şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji əməllər törətdikləri istisna edilmir.
Fərid Mehdiyev