Suriyadan daha 5 nəfər ölkəyə qaytarılıb
Azərbaycan Suriyadan 5 nəfəri geri qaytarıb. Ana və 4 övladı sosial xidmət müəssisəsinə yerləşdirilib, onlara ilkin tibbi və sosial-psixoloji dəstək göstərilib. Son illərdə ölkəyə 600-ə yaxın şəxs geri qaytarılıb, 63 nəfərlə sosial reabilitasiya işi davam edir.
23 yanvar 2026

