Suqovuşanın erməni işğalından azad edilməsindən iki il ötür
Bu gün Tərtərin Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Ordumuz tərəfindən işğaldan azad edilmişdi. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunmuşdu. Oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.