Suqovuşanda "Mingəçevir Reqatası" start götürür
Suqovuşanda avarçəkmə üzrə beynəlxalq "Mingəçevir Reqatası" start götürür. İlk gündə kişilər və qadınlar arasında 200 metr məsafəyə kayak və kanoe yarışları baş tutacaq. Mübarizə birbaşa finaldan başlayacaq. Azərbaycanla yanaşı yarışda Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək. Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.