Suqovuşan su anbarına balıq körpələri buraxılıb
Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 min çəkikimi balıq körpəsi Suqovuşan su anbarına buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, bu il azad olunan ərazilərdəki təbii su hövzələri ümumilikdə 400 mindən çox çəkikimi, 8 min qızılxallı forel körpəsi ilə zənginləşdirilib.