Suqovuşanda balıq tutmaq istəyi ilə qayda pozan şəxs saxlanılıb
2021-10-19 12:08
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının nəzarət tədbirləri nəticəsində azad edilmiş Çaylı kəndinə gizli yollarla daxil olmaq istəyən Hacıqərvənd kənd sakini Telman Yusibov saxlanılıb. Onun balıq ovlamaq məqsədi ilə Çaylıdan keçərək Suqovuşan kəndinə daxil olmaq istədiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə T.Yusibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Nərgiz camal