Sumqayıtda yaşayış binası yanıb, 6 nəfər təxliyə olunub
Sumqayıtda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Fərid Mehdiyev