Sumqayıtda mənzil yanıb, ana və balaları zəhərləniblər
Sumqayıtda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın olub. 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən ana və 2 uşağı tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Fərid Mehdiyev