Sumqayıtda bina yanıb, 6 nəfər zəhərlənib
Sumqayıtda yaşayış binasında yanğın baş verib. Hadisə zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Azad Mustafayev