Sumqayıtdakı silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Sumqayıtın Corat qəsəbəsində evə odlu silahla hücum edən 36 yaşlı Müşfiq Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib. 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanılıb. Xəstəxanada olan 3 yaralının vəziyyəti stabil qiymətləndirilir.
Lalə Nəsib