Sumqayıtda zəncirvari qəza olub, hamilə qadın yaralanıb
Sumqayıtda, Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində zəncirvari yol qəzası baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" işıqforda dayanan digər 3 avtomobilə çırpılıb. İlk dəydiyi "Opel"də olan hamilə qadın xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Qəzada iştirak edən 4 avtomobilə ciddi ziyan dəyib.
Nərgiz Camalzadə