Sumqayıtda yataqxana binası yanıb
Sumqayıtda 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın olub. Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib. Həyata keçirilən tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. Bina sakinlərinin təxliyəsi həyata keçirilib. Yanğınla əlaqədar 4 nəfər tüstüdən zəhərlənib. Yanğın baş verən yataqxanada 11 ailə məskunlaşıb. Onlardan 7-si Qubadlı, ikisi Cəbrayıl, ikisi isə Laçın rayonundandır.
Fərid Mehdiyev